ABŞ-nin MLS-də çıxış edən futbol klubu “Kolambus Kryu” İngiltərə Çempionşip klubu “Börnli” ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matça start heyətində başlayıb. Lakin futbolçumuz oyun ərzində fərqlənə bilməyib.
Oyunda hesab 48-ci dəqiqədə açılıb. Daniel Qazdag Hüqo Pikardın məhsuldar ötürməsindən sonra fərqlənərək meydan sahiblərini önə keçirib.
Qonaqlar isə 87-ci dəqiqədə tarazlığı bərpa ediblər. Oluvaşeun Adevumi “Kolambus Kryu”nun müdafiəçilərinin səhvindən yararlanaraq uzaq dirək önündə topu qapıdan keçirib və matçın yekun hesabını müəyyənləşdirib - 1:1.
Qarşılaşma hər iki komanda üçün yeni mövsüm öncəsi hazırlıq çərçivəsində baş tutub.

