22 nəfər iştirak etdi - Onlardan 15-i hakimliyə yeni başlayan gənclər oldu

04:50 Basketbol 98
22 nəfər iştirak etdi - Onlardan 15-i hakimliyə yeni başlayan gənclər oldu

Azərbaycanın gənc basketbol hakimləri üçün iki günlük təlim-seminar təşkil olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.

Seminar ABF Hakimlər Kollegiyasının sədri, FIBA-nın milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.

Seminarda ümumilikdə 22 nəfər iştirak edib. Onlardan 15-i hakimliyə yeni başlayan gənclər olub.

Təlim çərçivəsində basketbol qaydaları və ikili hakimlik mexanikası ilə bağlı mövzular müzakirə edilib, həmçinin iştirakçılar fiziki testdən keçiblər.

Seminarın əsas məqsədi qarşıdakı mövsümlərdə Uşaq Gənclər Basketbol Liqasına daha çox gənc hakimin cəlb olunmasıdır.

Sentyabrda keçiriləcək mövsümöncəsi seminarda testləri uğurla keçən gənc hakimlər Uşaq Gənclər Basketbol Liqasının oyunlarına təyinat almaq imkanı qazanacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 17:30 Çək və bizə göndər!