İlkin Fikrətoğlu yenilənən "Qarabağ"ı necə gördü? - VİDEO

13 İyul 16:00 Qarabağ 1 166
İlkin Fikrətoğlu yenilənən "Qarabağ"ı necə gördü? - VİDEO

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”dır.

Adət etdiyimiz kimi, Qurban Qurbanov və komandası Avropa macərasına bu dəfə Çempionlar Liqasından deyil, Avroliqadan başladı.

İslandiyanın əsas yox, Birinci Liqasının klubu “Vestri”lə qarşılaşma yenilənmiş - Medinasız, Lıeandro Andradesiz, Kamilo Duransız, Toral Bayramovsuz "Qarabağ"ın publika qarşısındsa təqdimatı idi.

Nəsimi filmində deyilən, “Dövlət bəyin ölüsü də gözlədir” məsəli, “Qarabağ” dəyişikliklərə, yenilənməyə rəğmən, yenə futbolun o gözəlliyini - baxımlı. rəngarəng oyun manerasını qoruyub saxlayıb.

Duran yoxdur. artıq əvəzində Zakariya Savo var, Renaldo Sefas var. Medina gedib, yerinə Macarıstandan Varkoni glib.

Əlbəttə, ilk oyun olduğundan yeni transferlər haqqında danışmaq tezdir. Amma tanışlıq matçında demək olar hamısı xoş təsir bağışladı.

“Qarabağ” hər mövsümə necı başlayırsa, elə də başaldı - gücünə qənaət rejimində.

Təlim-məşq toplanışı yenicə bitib, ağır yüklənmə, intensiv oynamaq arzuolunmaz zədə ehtimalını artırır.

Qurban Qurbanovun komandası böyük güc sərf etmədən 3:0-lıq qələbə ilə cavab oyunu formallığa çevirdi.

“Qarabağ”ın bu mərhələni keçməməsi möcüzə olar - İslandiyadakı isti bulaqlardan - qeyzerlərdən qəfildən soyuq su fontan vurması kimi.

Ağdam klubu üçün ilk ciddi sınaq növbəti mərhələdə - böyük ehtimalla, SSKA Sofiya ilə oyunda olacaq.

O vaxta qədər yeni gələnlərin komandaya uyğunlaşmasında da müəyyən irəliləyiş olacaq. Elvin Cəfərquliyevi də uzun fasilədən sonra “Qarabağ”ın heyətində görmək xoş oldu.

Gələcəyi naməlum olaraq qalsa da, Cəfərquliyevi itirmək Azərbaycan futbolu üçün böyük itki olar. Onsuz da, normal futbolçu tapa bilmirik, olan-qalanı da heç nədən “xərcləməyək”.

Yəqin ki, olub-keçənlər həm Elvinə, hım də “Qarabağ”a doğru olan qərarı verməkdə kömək edəcək. Biz isə cavab oyunlarını gözləyək. Xoş gəldin, yeni futbol mövsümü!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı