Tural və Gülnurə Konfrans Liqasına birlikdə təyinat aldı

08:20 Bizimkilər 185
Tural və Gülnurə Konfrans Liqasına birlikdə təyinat aldı

FIFA referisi Tural Qurbanov Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununa təyinat alıb.

Sportinfo.azxəbər verir ki, azərbaycanlı hakim “Deçiç”lə “Liepaya” arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Qurbanova yan xətt hakimləri Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

“Deçiç” – “Liepaya” oyunu iyulun 15-də Monteneqronun Tuzi şəhərindəki “Tuşko Polje” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Tural Qurbanov Konfrans Liqası oyununa təyinat aldı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti