"Qarabağ"a eyham: "Onun yığmaya çağırılmasından böyük reklam ola bilməz"

28 May 2020 09:14 Qarabağ 1 073
"Qarabağ"a eyham: "Onun yığmaya çağırılmasından böyük reklam ola bilməz"

“Amar Rahmanoviç bizi maraqlandırmır”.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

Azərbaycan çempionunun rəsmisi Bosniya və Herseqovinanın “Sarayevo” klubunun futbolçusu Amar Rahmanoviçin keçidi barədə yayılan xəbərlərə münasibət bildirib.

Çəlikəl Bosniya və Herseqovina mətbuatına açıqlamada bu ölkədən olan həmkarlarımızın yaydığı məlumatı təkzib edib: “Yəqin ki, menecerlər onu gündəmə gətirir”.

Amarın “Sarayevo” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. Sarayevonun eyniadlı təmsilçisinin rəsmisi Emir Hadziç “Qarabağ”ın oyunçu ilə maraqlanmamağını təbii hal sayır:

“Klubun onunla maraqlanmamağı tam normaldır. Son iki ildəki oyunu ilə Amar milli komandaya layiq olduğunu göstərib. Onun yığmaya çağırılmasından böyük reklam ola bilməz.

“Qarabağ”la birbaşa təmasımız olmayıb. Biz hər gün Rahmanoviç və digər oyunçularımız barədə müraciətlər alırıq. Onun çıxışından razıyıq. Necə olacağını zaman göstərəcək”

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"