“Neftçi“nin “Qarabağ”a çatmasına hələ çox var…

22 May 18:04 Qarabağ 542
“Neftçi“nin “Qarabağ”a çatmasına hələ çox var…

CİES Futbol Observatoriyası böyükhesablı nəticələrlə bağlı statistik məlumatlar açıqlayıb.

hesabat 2015-2020-ci illəri özündə əks etdirib.

150 liqa arasında ən çox belə nəticə Makauda qeydə alınıb. Oyunların 42,5 faizi üç və ya daha çox top fərqilə başa çatıb. Benin və Qambiyada bu rəqəm 2 faizdir.

Azərbaycan Premyer Liqasında isə matçların 11,2 faizində darmadağın qeydə alınıb. Çempionatımız ən çox böyük hesab qeydə alınanlar arasında 100-cü, ən az qeyd alınanlar arasında 51-cidir.

5 ili yüksək dəstədə keçirən Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”dadır – 15,4 faiz. “Qəbələ” 9,3, “Zirə” 7,5, “Keşlə” 6,7, “Neftçi” 5,3, “Sumqayıt” 1,3 faiz matçlarda belə qələbə əldə edib.

Dünya rekordçusu “Linkoln”da (Cəbəllütariq) bu rəqəm 49,6-ya bərabərdir. Onlarla komanda isə darmadağına həsrət qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 22:20 Qaret Beyl "Tottenhem"də
19 Sentyabr 16:42 "Qəbələ"dən 13-17-17
19 Sentyabr 15:04 "Böyük pullar qazanmırıq"
18 Sentyabr 22:00 "Çelsi" icarəyə verdi
18 Sentyabr 19:16 Edin Ceko "Yuventus"da
18 Sentyabr 19:02 25-ci "Qarabağ"la gəldi
18 Sentyabr 18:34 Ay qardaş, ay qardaş…