"Qarabağ"dan sonra "Göztəpə"nin diqqət mərkəzinə düşdü

8 Aprel 2020 21:20 Qarabağ 482
"Qarabağ"dan sonra "Göztəpə"nin diqqət mərkəzinə düşdü

"Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potukun gələcək karyerası müəmmalı olaraq qalır.

Sportinfo.az xəbər verir ki, mövsümün sonunda İstanbul təmsilçisi ilə yollarını ayıracaq Türkiyə millisinin sabiq üzvü ölkəsində qala bilər.

29 yaşlı hücumameyilli oyunçu "Qarabağ"dan sonra bu dəfə "Göztəpə"nin diqqət mərkəzinə düşüb. "Fənərbaxça" ilə müqavilə müddəti bitmək üzrə olan Alperin mövsümün sonunda azad agent statusu daşıması Azərbaycan çempionu kimi, "Göztəpə"ni də həvəsləndirir.

Ancaq Super Liqa təmsilçisi bu keçidin baş tutma ehtimalının az olduğunu düşünür. Bu üzdən B variantı kimi, "Deportivo"nun yarımmüdafiəçisi Əmrə Çolakla danışıqlar aparılır.

"Deportivo"dan ayrılmaq istəyən Əmrənin İzmir klubuna transferi daha real görünür. "Qarabağ" qış fasiləsində Alper Potuku icarəyə götürmək istəsə də, son anda razılıq əldə olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?