AS-DAN İDDİA: UEFA "Qarabağ"ı indidən çempion kimi tanıyacaq

17 Mart 2020 10:10 Qarabağ 1 263
AS-DAN İDDİA: UEFA "Qarabağ"ı indidən çempion kimi tanıyacaq

UEFA koronavirusla bağlı problem uzanacağı halda öz ölkələrinin liderləri olan komandaları çempion kimi tanıya bilər.

Sportinfo.az "AS" nəşrinə istinadən xəbər verir ki, qitənin ali futbol qurumu hazırda dayanan liqaların liderlərinin çempion kimi tanınması məsələsinə baxır.

Qeyd olunub ki, UEFA-nın sabah milli federasiyalarla keçirəcəyi videokonfrans zamanı bununla bağlı məsələ müzakirə ediləcək.

Turnirlər davam etdirilməyəcəyi təqdirdə, hazırkı liderləri öz ölkələrinin çempionu elan etmək variantı təklif ediləcək. Avropa Liqasında iştirak edəcək komandalar da oxşar şəkildə müəyyənləşəcək. Belə bir hadisə Yuqoslaviyada müharibə olan zaman baş vermişdi.

Həmin vaxt "Partizan" əvvəlcədən çempion elan edilmişdi. Ancaq Avro-2020 bir mövsümlük təxirə salınsa, təklif edilən ideyalar müzakirə mövzusu olmayacaq və çempionatlar bu yay başa çatdırılacaq.

Azərbaycan Premyer Liqasında "Qarabağ" 8 xal fərqi ilə liderdir. UEFA-nın təklifi qəbul ediləcəyi halda, "Qarabağ" da mövsüm başa çatmadan çempion kimi tanına bilər. Hazırda Azərbaycan Premyer Liqası ən azı 1 aylıq dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti