"Mən səni sevirəm" - Ansidən “Qarabağ” və Ağdam mesajı!

15 Mart 2020 17:20 Qarabağ 887
"Mən səni sevirəm" - Ansidən “Qarabağ” və Ağdam mesajı!

“Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli bu gün İnstaqram səhifəsindəki paylaşımında keçmiş komandasına növbəti dəfə sadiqliyini nümayiş etdirib.

Sportinfo.az xəbər verir ki, alban müdafiəçi Ağdam klubundan getməsinin 1 illiyi münasibəti ilə Azərbaycan dilində yazıb:

“Bir il əvvəl bu gün “Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.

Ansi bu mesajı hazırda karyerasını davam etdirdiyi ABŞ-dan yazsa da, paylaşım yeri kimi Ağdam şəhərini qeyd edib. Onun “Qarabağ”da son oyunu bir il əvvl Premyer Liqada “Səbail”ə qarşı səfər matçında olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"