“Beşiktaş”la “Qarabağ“ bu transfer üstündə “vuruşur“

9 Mart 2020 16:28 Qarabağ 1 852
“Beşiktaş”la “Qarabağ“ bu transfer üstündə “vuruşur“

Türkiyə birinci liqasında çıxış edən “Erzurumspor”un qapıçısı İbrahim Şehiç böyük klubların hədəfindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, performansı ilə diqqətləri üzərinə çəkən bonsiya və herseqovinalı “Beşiktaş”ın maraq dairəsinə düşüb. Mövsüm sonu Loris Kariusla yolları ayıracaq olan İstanbul təmsilçisi onun yerinə Şehiçi düşünür.

Futbolçunun agenti Fatih İlek oyunçusuna Super Liqanın böyük klublarından təkliflər olduğunu təsdiqləyib: “Mövsümün əvvəlində Şehiçə “Qalatasaray” və “Trabzonspor”dan təkliflər var idi. Ancaq onun “Erzurumspor”la müqaviləsi var. Son qərarı klub rəhbərliyi verəcək”.

Bununla yanaşı, Erzurum təmsilçisinin rəsmisi Ahmet Dal Yılmaz da məsələ ilə bağlı açıqlama verib. O, qapıçılarına “Beşiktaş"la yanaşı, daha bir neçə komandadan da təkliflər olduğunu bildirib. Ancaq Yılmaz Şehiçin klubda qalmasını istədiklərini qeyd edib.

İbrahim Şehiç 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinib. Azərbaycan çempionu da onu geri qaytarmaqda maraqlıdır. Bir neçə dəfə buna cəhd olunub.

Lakin istər ötən ilin avqustunda, istərsə də bu ilin əvvəlində aparılan danışıqlar bir mərhələdə dayandı. Çünki ərzurumlular Şehiçdən qazanmaq istəyir, özü də böyük məbləğdə.

150-200 min avro təzminat yerli klub rəhbərliyini qane etmir. Bundan iki dəfə artığını tələb edirlər.

Digər Xəbərlər
Xəbər Lenti