Dani Kintana "Qarabağ"dan gedir - "Danışıqlar davam edir"

13 Yanvar 2020 18:20 Qarabağ 2 138
Dani Kintana "Qarabağ"dan gedir -

Dani Kintana "Qarabağ"dan ayrıla bilər. Sportinfo.az xəbər verir ki, ispan yarımmüdafiəçi Çindən sərfəli təklif alıb.

32 yaşlı futbolçu "CBC Sport"a açıqlamasında məlumatı təsdiqləyib. Ancaq o, məsələnin hələ rəsmiləşmədiyini bildirib:

"Hələ ki danışıqlar davam edir. Məsələ rəsmiləşməyib. Sadəcə komandanın əsas heyət üzvü olmaq istəyirəm. Əlbəttə, neçə ildir “Qarabağ”dayam. Bura çox bağlanmışam. Son sözü demək indi çox çətindir".

Kintana 2015-ci ildən "Qarabağ"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti