"Qarabağ" bu ayrılığa hazırlaşır – TRANSFER GÜNDƏMİ

30 Noyabr 2019 21:50 Qarabağ 2 848
"Qarabağ" bu ayrılığa hazırlaşır – TRANSFER GÜNDƏMİ

Simeon Slavçevdən sonra qışda "Qarabağ"dan ayrılacaq daha bir futbolçunun kimliyinə demək olar aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, Azərbaycan çempionu Asmir Beqoviçlə icarə müqaviləsini uzatmağa hazırlaşmır.

Sentyabrın əvvəlində "Bornmut"dan 4 aylıq icarəyə götürülən bosniyalı qapıçının çıxışı Qurban Qurbanovu o qədər razı salmasa da, hər halda getməsini istəmirdi.

Amma komandanın Avropa Liqasıyla vidalaşması Beqoviçin qərarına təsir edib. Azərbaycan çempionatında daha 6 ay keçirmək ona maraqsız gəlir.

Beqoviç İngiltərədə müxtəlif vaxtlarda “Çelsi”, “Stok Siti”, “Portsmut”, “Yovil Taun”, “İpsviç Taun”, həmçinin Belçikada “La Luvyer” komandalarında da oynayıb. Bosniyalının hazırda İngiltərədən və başqa 2-3 ölkədən təklifi var.

"Bornmut" Asmiri yeni il öncəsi birdəfəlik satmaq niyyətində olduğunu "Qarabağ" da daxil, bütün postensial müştərilərə elan edib. 32 yaşlı "əlcək sahibi"nin satış qiyməti 5 milyon avrodan başlayır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu