COP29

“Qarabağ”dan AÇIQLAMA: “istəsək, onu saxlayacağıq, istəməsək, yox”

20 Aprel 01:10 Qarabağ 2 897
“Qarabağ”dan AÇIQLAMA: “istəsək, onu saxlayacağıq, istəməsək, yox”

Mövsüm sona yaxınlaşmağa doğru getsə də, Andrey Lunyovun "Qarabağ"dakı taleyinə hələ də aydınlıq gəlməyib.

Klub rəhbərliyi onunla birtərəfli qaydada müqaviləni uzadacağını, rusiyalı qapıçının agenti isə dolayısı yolla bu izdivacın indiki şərtlər altında davam etməsinin mümkün olmadığını deyir.

Kənardan görünən odur ki, Lunyov maaşının artırılmasına nail olmaq istəyir. "Qarabağ" isə "1+1" müqavilə şərtlərini əsas tutaraq anlaşmanın daha bir illik artırılmasına çalışır.

Futbolçu ilə klub arasında yaranmış durum Rusiya mətbuatının da diqqət mərkəzindədir. Son illər "Bayer"də vaxt keçirməklə məşğul olan Lunyovun "Qarabağ"dakı performansı onun yenidən milli komandaya qayıdışı ilə yadda qalıb.

Qonşu ölkədə ona olan maraq böyüyüb. Rusiyanın "RB Sport" nəşri də bu mövzuda xəbər hazırlayıb. Məlumatda qeyd edilib ki, Lunyov razılıq verməyəcəyi təqdirdə müqavilə birtərəfli qaydada artırıla bilməz.

Bununla bağlı FİFA ilə əlaqə saxladıqlarını və ali futbol qurumundan da müqavilələrin birtərəfli qaydada uzadılmasının mümkünsüzlüyü barədə fikir bildirmələri qeyd olunub.

Bu tip məlumatlarda Lunyovun agentinin dəsti-xətti də hiss olunur.

Anton Smirnov belə hesab edir ki, mətbuat vasitəsi ilə "Qarabağ"a təzyiq göstərəcək və bununla da yeni müqavilə şərtlərinə nail olacaq.

Birincisi, müqavilədə qeyd olunan "+1" bəndi yalnız kıubun şərtlərindən ibarət olmur. "Üstəgəl" hər iki tərəfin maraqlarını özündə ehtiva edir.

İkincisi də Smirnov unudur ki, "Qarabağ"ın rəhbər şəxslərindən olan Asif Əsgərov həm də Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinin üzvüdür. O, bütün bu qaydaların incəliklərini "beş barmağı" kimi bilir.

Məsələyə tam aydınlıq gətirmək üçün Asif Əsgərovun da fikirlərini öyrəndik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a danışan klub rəsmisi bu məsələdə heç bir problemin olmadığını dedi:

"Durum belədir ki, istəyəcəyimiz təqdirdə onu saxlayacağıq, istəməsək də yox. Bütün xırdalıqlar müqavilədə qeyd olunub.

Səmimi deyim ki, Lunyov məsələsində heç bir problem yoxdur, heç kim də FİFA-ya müraciət etmək barədə düşünmür".

Digər Xəbərlər
Xəbər Lenti