Qurban Qurbanov belə bir xoş xəbər eşitdi

26 İyul 21:40 Qarabağ 5 923
Qurban Qurbanov belə bir xoş xəbər eşitdi

“Qarabağ” – ÇSKA (Sofiya) qarşılaşmasının gedişində təmsilçimiz ciddi itki ilə üzləşdi.

Meydanda ən yaxşılardan olan Bruno Lanqa 56-cı dəqiqədə meydanı tərk etmək məcburiyyətində qaldı.

Rəqibin hücumçusu Leandro Qodoyla mübarizədən sonra yerdə qalan 28 yaşlı müdafiəçi ayağından zədə aldığına görə yerini Elvin Cəfərquliyevə vermək məcburiyyətində qaldı.

Oyundan sonra həkim müayinəsindən keçən Brunonun sağlıq durumunda ciddi nöqsan aşkarlanmayıb.

Sadəcə həmin an ağrıları şiddətli olduğu üçün oyunu davam etdirə bilməyib.

Həftəiçi məşqlərdə iştirak edən mozambikli futbolçu səfər qarşılaşmasında “Qarabağ”a kömək edə biləcək. Təbii ki, baş məşqçi Qurban Qurbanov buna ehtiyac duysa.

İyulun 23-də Bakıda keçirilən ilk görüşdə qapılara qol vurulmamışdı.

İyulun 30-da Sofiyada baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi