Elvin Cəfərquliyevdən "Qarabağ"la bağlı ŞOK QƏRAR! - SON DƏQİQƏ

21:00 Qarabağ 1 093
Elvin Cəfərquliyevdən "Qarabağ"la bağlı ŞOK QƏRAR! - SON DƏQİQƏ

Elvin Cəfərquliyev "Qarabağ"ın əsas komandasına qayıtmaq barədə düşünmür.

Hətta baş məşqçi Qurban Qurbanov onu bağışlasa belə...

Əldə etdiyimiz məlumata, müdafiəçi bu yöndə mesajlar alıb.

Təcrübəli mütəxəsssisin mövqeyində yumuşalma olub.

Qurbanov real təklifləri olmayan müdafiəçinin gününü əvəzedici komandada keçirib, karyerasını məhv etməsinə laqeyd münasibət bəsləmək istəmir.

Əbəs deyil ki, Elvinə qarşıdakı mövsümü Ağdam klubunda keçirməsi təklif edilib.

O isə bu cür gedişatı real hesab etmədiyini bildirib.

26 yaşlı oyunçu başverənlərdən sonra ən doğru qərarın klubunu dəyişmək olduğu qənaətindədir.

Məsələ isə tam qapanmayıb.

Elvin Cəfərquliyev intizam qaydalarını pozduğu üçün aprel ayından baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti