Tezliklə “Qarabağ”dan ayrılacaq 5-ci futbolçu - Təklif bu ölkədən gəlib, danışıqlar bitir

15:00 Qarabağ 401
Tezliklə “Qarabağ”dan ayrılacaq 5-ci futbolçu - Təklif bu ölkədən gəlib, danışıqlar bitir

«Qarabağ»ı tərk edən futbolçuların sayı tezliklə 5-ə çatacaq.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Bildirilir ki, Kevin Medinaya yeni təklif gəlib.

Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmaedən sonra kolumbiyalı müdafiəçinin də düşərgəni tərk etməsi kifayət qədər realdır.

Belə ki, cənubi amerikalı ABŞ-dən aldığı dəvəti dəyərləndirmək fikrində israrlıdır. Medinanın xidmətində maraqlı olan komandanın adı açıqlanmır, bununla belə, qeyd olunub ki, tərəflər arasında danışıqlar sürətlə davam edir.

«Tank»ın müqaviləsi gələn ilin yayında bitəcəyiəndən, amerikanlılar təzminat ödəməli olacaq - hazırda məbləğ ətrafında son akkordlar vurulur.

2020-ci ildən “köhlən atlar”ın formasını geyinən 33 yaşlı mərkəz oyunçuçu mühiti dəyişmək, başqa ölkədə yaşamaq həvəsinə düşüb.

Burada maddi şərtlər də vacib rol oynayır. Karyerasının qürub çağında daha çox qazanmaq arzusundadır.

Kevinin 4 dəfə Azərbaycan çempionu adını qazanması Avropanın üç turnirinin hər birinin qrup mərhələsində təcrübə toplaması, ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən komandanın aparıcı fiqurlarından biri olması ona olan marağı artırıb.

Medina 6 illik Azərbaycan kareyrasını başa vurmaq istədiyini “Qarabağ” rəsmilərinə bildirib. Əvvəlki dönəmlərdə xaricdən gələn təkliflərə isti yanaşmırdısa, indi bu fikirdən daşınıb.

O, “Qarabağ”ın heyətində 204 oyunun iştirakçısı olmaqla 6 qol vurub, 7 məhsuldar ötürmə verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti