ŞOK XƏBƏR! Almaniyanın məşhur klubunun baş məşqçisi “Qarabağ”dan kimin alınmasını istədi?

16 Oktyabr 2025 20:00 Qarabağ 11 063
ŞOK XƏBƏR! Almaniyanın məşhur klubunun baş məşqçisi “Qarabağ”dan kimin alınmasını istədi?

Almaniyanın məşhur klublarından «Borussiya» (Dotmund) «Qarabağ»ın qapıçısı Mateuş Koxalskinin xidmətində maraqlıdır.

Bu barədə Sportinfo.az-a almaniyalı jurnalistlər məlumat verib.

Onların redaksiyamıza bildirdiyinə görə, baş məşqçi Niko Kovaç polşalı kiperi sərəncamında görmək istəməsini rəhbərliyin diqqətinə çatdırıb.

Xorvatiyalı mütəxəssis ötən mövsümdən Azərbaycanda çıxış edən «əlcək sahibi»nin komandalarını gücləndirmək iqtidarında olduğunu bildirib, bu transfer üçün büdcə ayrılmasını tapşırıb.

Balkanlı çalışdırıcı klub idarəçilərinə təqdimatında Koxalskiyə 4 aydır diqqət yetirdiyini, «Qarabağ»ın onun iştirakıyla Çempionlar Liqasında keçirdiyi bütün oyunları izlədiyini qeyd eləyib.

O, 2024-cü ilin yayında «Qarabağ»la 4 illik müqavilə imzalayıb. «Köhlən atlar» 25 yaşlı qapıçıya görə «Stal»a 1 milyon avro təzminat ödəyib.

Polyak bu mövsüm əla performans nümayiş etdirir. Çempionlar Liqasının təsnifat və əsas mərhələsində göstərdiyi sabit çıxışla Ağdam təmsilçisinin uğurlu qrafik cızmasının səbəbkarlarından biridir.

"Qarabağ"da ən böyük arzularımı gerçəkləşdirirəm" - Koxalski

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var