
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.
Sportinfo.az xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.
İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb.
85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib.
Komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qalib tərəf Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.
23:00. “Ferensvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan) 1:3
Qol: Varqa, 29 // Marko Yankoviç, 50, Kevin Medina, 67, Musa Qurbanlı, 85
Hakimlər: Juan Pedru da Silva Pineyro, Brunu Migel Alveş Jezuş, Lusiano Antonio Qomeş Maya, Klaudiu Filipe Ruivo Pereyra (Portuqaliya)
Budapeşt, “Groupama Arena”
"Ferentsvaroş": 90. Denes Dibuş (k), 3. Stefan Qartenmann, 19. Barnabaş Varqa, 22. Qabor Salai, 23. Bençe Ötvös, 25. Çebralis Makreçkis, 28. Toon Raemakers, 36. Qabi Kaniçovski, 47. Kallum O`Dovda, 64. Aleks Tot, 75. Lenni Yozef.
Ehtiyat oyunçular: 63. Daniel Radnoti, 99. David Qrof, 5. Nabi Keyta, 7. Daniel Arzani, 8. Aleksandar Peşiç, 10. Conatan Levi, 16. Kristoffer Zakariassen, 21. Endre Batka, 27. İbrahim Sisse, 30. Şombor Qruber, 33. Kadu, 77. Barnabaş Naqi.
Baş məşqçi: Robbi Kin.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdulla Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabyan Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.