COP29

“Qarabağ”ın ulduzu şou göstərdi, atasını günahlandırdı - VİDEO

25 May 22:20 Qarabağ 6 456
“Qarabağ”ın ulduzu şou göstərdi, atasını günahlandırdı - VİDEO

“Qarabağ”ın futbolçusu Marko Yankoviç təkcə futbol oynamaq bacrığına sahib deyil.

Monteneqrolu yarımmüdafiəçi həm də basketbol atışlarının mahir ifaçısıdır.

Ağdamlıların “8 nömrə”si komandanın fitnes zalındakı məşqində xəyali basketbol şousu göstərib. Yankoviç arxası səbətə dayanaraq topu bir neçə dəfə çiləyib və hədəfə baxmadan dəliyi dəqiq nişan alıb.

Usta basketbolçuların belə yerinə yetirməkdə çətinlik çəkdiyi atışın öhdəsindən gələn Marko həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq atasını günahlandırıb:

“Məni basketbola yox, futbola apardığına görə atamı bağışlaya bilmirəm”.

HƏBİB / SPORTİNFO.AZ

Əksəriyyətin marağına səbəb olan videoya aşağıdakı linkdə baxa bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"