COP29

“Qarabağ”ın pulunu ödəməyi ərəblər öz üzərinə götürdü - FOTO

18 May 09:40 Qarabağ 15 062
“Qarabağ”ın pulunu ödəməyi ərəblər öz üzərinə götürdü - FOTO

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

Mayın 18-23-də baş tutacaq səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.

Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da akademiyanın mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.

“Qarabağ”lılar daha əvvəl Türkiyə və Belarusda keçirilən turnirlərdə qüvvəsini sınayıb. Qətərə budəfəki səfər “Aspire”nin təklifi və təkidi ilə gerçəkləşir.

Ərəblər “köhlən atlılar”I razı salmaq üçün əsas xərcləri öz üzərlərinə götürüblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"