COP29

“Qarabağ”lı iki şöhrətli məşqçini müqayisə etdi: “Həm dahi futbolçu, həm də məşqçidir”

28 Fevral 23:20 Qarabağ 361
“Qarabağ”lı iki şöhrətli məşqçini müqayisə etdi: “Həm dahi futbolçu, həm də məşqçidir”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov “Championat” saytına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonsonu fransalı Zinəddin Zidanla müqayisə edib:

“Alonso yüksək səviyyəli futbolçu idi. Onun tələblərini başa düşmək asandır.

Super ideyalar yoxdur, amma icra keyfiyyəti və tələblər öz nəticəsini verir. Təcrübə göstərir ki, yaxşı oyunçular çox vaxt sonradan böyük məşqçiyə çevrilirlər.

Məsələn, Zinəddin Zidan “Real”la üç dəfə Çempionlar Liqasının qalibi oldu. Böyük oyunçu həm də böyük məşqçi kimi tarixə düşdü. Alonso Zidan kimi, həm dahi futbolçu, həm də məşqçidir”.

“Qarabağ”la “Bayer” arasında ilk oyun martın 7-də Bakıda, cavab görüşü bir həftə sonra Leverkuzendə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"