"Bizim üçün bunu axtarmağa ehtiyac yoxdur"

25 Fevral 08:50 Qarabağ 448
"Bizim üçün bunu axtarmağa ehtiyac yoxdur"

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimindən sonra komandasının “Bayer”lə qarşılaşması ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Матч ТВ”yə müsahibə verən rusiyalı qolkiper maraqlı fikirlər söyləyib..

- Keçmiş komandanıza qarşı ilk dəfə deyil ki, oynayacaqsınız. Bu qarşılaşma sənin üçün xüsusi hisslər doğuracaq, ya yox?

- Əlbəttə olacaq. “Bayer”lə oynamağımız çox gözəldir. “Bayer” çox yaxşı komandadır, xüsusən də indi. Amma qələbə qazanaraq mərhələ adlamağa çalışacağıq.

- "Bayer” “Qarabağ”a qrup mərhələsindən tanışdır. Bunu üstünlük hesab edirsən?

- Bir tərəfdən, bəli, komanda ilə tanışıq, amma digər tərəfdən zədə səbəbindən rotasiya baxımından dəyişiklik ediblər. Amma hələ də uduzmayıblar, əlavə stimul var. Hər halda, bizim üçün bunu axtarmağa ehtiyac yoxdur (gülür). “Bayer”dir, meydana çıxıb sadəcə onlara qarşı mübarizə aparmaq lazımdır.

- Bu komandanı 1/8 finalda qarşılaşa biləcəyiniz bütün mümkün rəqiblərdən ən çətini adlandırmaq olar?

- Bəli, mütləq belədir. Düşünürəm ki, “Bayer” turnirin favoritlərindən biridir. “Slaviya” çıxsaydı, daha asan olardı. Amma düşünürəm ki, indiki mərhələdə artıq zəif rəqib yoxdur.

Digər Xəbərlər
Xəbər Lenti