
“Ancaq danışmaqla olmur, gərək bu gözəllikləri gözlə görəsən”.
“Qarabağ”ın legioneri Julio Romao Sportinfo.az-a açıqlamasında Bakıdan danışıb.
Ötən ilin yayında Ağdam klubu ilə 4 illik müqavilə imzalayan braziliyalı yarımüdafiəçi paytaxtımıza vurulduğunu etiraf edib.
Sitat: “Bakını dostlarıma, yaxınlarıma necə təqdim eləyirəm? Gördüklərimi danışıram, artıq heç nə demirəm.
Və bu, onlarda müsbət təəssüratların oyanmasına bəs edir.
Bakının işıqlı olmasını, təmizliyini, müxtəlif restoranların və ticarət mərkəzlərinin çoxluğunu, insanların qonaqpərvərliyini söyləyirəm. Mən Bakını bu cür təsvir edirəm”.