COP29

GÜNÜN NƏBZİ - "Qarabağ"lı futbolçuların xatırlamalı olduğu İKİ MÜHÜM FAKT

30 Noyabr 2023 21:00 Qarabağ 587
GÜNÜN NƏBZİ - "Qarabağ"lı futbolçuların xatırlamalı olduğu İKİ MÜHÜM FAKT

"Qarabağ" sabah Avropa Liqasında növbəti matçına çıxacaq.

Komandamız H qrupunun 5-ci turunda "Molde"nin qonağı olacaq.

Tarixində ilk dəfə bu turnirdə pley-off oynamaq fürsəti yaxalayan təmsilçimiz Norveç səfərində məğlub olmamalıdır.

Futbol ictimaiyyətini və elə "atlılar"ın özünü də ağır səfər öncəsi narahat edən əsas məsələlərdən biri hazırda Moldedə sərt hava şəraitinin hökm sürməsidir.

Ehtimal var ki, oyun günü qar da yağsın.

Mülayim payız havasından soyuq qışa keçid təbii ki, futbolçular üçün asan olmayacaq. Onu da unutmayaq ki, görüşün keçiriləcəyi "Aker arena" süni örtükdür.

Belədə narahatlıq keçirilməsi başadüşüləndir.

Amma "Qarabağ"ın belə stiuasiyalarda təcrübəsi yox deyil.

10 ildən artıqdır Avropa meydanlarında zəngin təcrübə toplayan ağdamlılar belə şərtlər altında meydana çıxdığı oyun az olmayıb.

Nəinki olmayıb, hətta parlaq qələbələr belə qazanıb.

Belədə ilk ağıllara gələn Poltava səfəri olur. 5 il əvvəl Avropa Liqasının qrup mərhələsində Ukrayna "Vorskla"sı ilə qarşılaşma üçün təmsilçimiz məhz adıçəkilən bölgəyə səfər etmişdi. Qarlı hava şəraitdən keçirilən matçda Qurban Qurbanovun komandası çətin və dəyərli qələbə qazanmışdı - 1:0.

Hətta hava o qədər şaxtalı olmuşdu ki, "Köhlən atlar"ı gətirməli olan təyyarə 1 gün gecikmə ilə havaya qalxmışdı.

Növbəti oxşar hava şərtləri altında "Qarabağ" Qazaxıstanda meydana çıxıb. Bu dəfə Konfrans Liqasının 4-cü turunda rəqib "Kayrat" olub. Kifayət qədər soyuq hava şəraitindən keçən matçda "Qarabağ" İbrahima Vadji və Abdullah Zubirin qolları ilə önəmli qələbə qazanıb - 2:1.

Göründüyü kimi, çox da narahatlığa əsas yoxdur.

Təcrübəli komandamız lazım olanda istidən soyuğa keçid etməyi də bacarır.

Ən azı bunun iki parlaq nümunəsini sizlərə xatırlatdım.

Ümid edək ki, üçüncüsü Norveç dənizinin sahilində rəsmilləşəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"