
"Qarabağ"ın qış təlim-məşq toplanışında sıradan çıxan futbolçusu Abbas Hüseynovun durumuna aydınlıq gəlib.
Dizindən ağır zədə alan futbolçu Ağdam təmilçisinin avrokuboklardakı ilk matçlarından kənar qalacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə publika.az-a futbolçunun özü məlumat verib.
Hüseynov, böyük ehtimalla "Qarabağ"ın yaydakı təlim-məşq toplanışı zamanı fərdi məşqlərə başlayacağını və zamanla komandaya qoşulacağını bildirib.
Milli komandanmızın üzvü olan 27 yaşlı cinah müdafiəçisi avqust və ya sentyabrda tam hazır olacağına inandığını bildirib.
Abbas Hüseynov mövsümün ilk yarısında "Qarabağ" formasıyla ümumilikdə 21 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.