“18 yaşımda evləndim, ailəmi kişi kimi dolandırmalı oldum”

2 İyun 01:00 Qarabağ 1 033
“18 yaşımda evləndim, ailəmi kişi kimi dolandırmalı oldum”

“Rusiyada heç vaxt maaş almamışam”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev “championat.com” saytına müsahibəsində deyib.

29 yaşlı futbolçu gənc yaşlarında Rusiyada çıxış edərkən, yalnız bir turnirdə iştiraka görə pul aldığını bildirib:

“18 yaşım olanda uşaqlar məni LFL-də oynamağa dəvət etdilər. Nəticədən asılı olmayaraq, iştirakım üçün 1000 rubl ödədilər.

Bu, mənim yeganə qazancım idi. 18 yaşımda evləndim, ailəmi kişi kimi dolandırmalı oldum.

Həmin oyunları çox bəyənirdim. Qapıçı üçün ciddi məşq və təkmilləşmək imkanı idi”.

Şahrudin Məhəmmədəliyev 2013-cü ildən Azərbaycanda çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu