"Zubir "Fənərbaxça"nın dərmanıdır, bu adı bura yazıram"

1 Aprel 2023 13:40 Qarabağ 430
"Zubir "Fənərbaxça"nın dərmanıdır, bu adı bura yazıram"

Türkiyəli jurnalist Yüksel Aytuğ "Fənərbaxça"ya "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etməyi məsləhət görüb.

Sportinfo.az xəbər verir ki, o, "Sabah" nəşrindəki yazısında fransalı vingerin "sarı-lacivərtlilər"in əsas hədəfi olmalı olduğunu bildirib:

"Zubir kimdir? "Qalatasaray"ın zəlzələ qurbanları üçün xeyriyyə matçı keçirdiyi "Qarabağ"ın 10 nömrəsi. "10 nömrə" sadəcə əynindəki formanı işarə etmir.

Adam hər halı ilə "10 nömrə" futbolçudur. Təkbaşına "Qalatasaray" müdafiəsinə çətin anlar yaşat

dı. "Fənərbaxça" Ali Koçun prezidentliyi dövründə onlarla hücumçu sınadı. Gələnin, gedənin sayı-hesabı yoxdur.

Halbuki “Fənər”in dərmanı yanımızdadır. Zubir transfer dövründə "Fənərbaxça"nın ən önəmli hədəfi olmalıdır. Zubirin adını bura yazıram".

Abdullah Zubir "Qarabağ"ın "Qalatasaray"la keçirdiyi xeyriyyə matçında 90 dəqiqə meydanda olub. 31 yaşlı futbolçu Ağdam təmsilçisinin vurduğu qolun ötürməsini edib.

Digər Xəbərlər
Xəbər Lenti