“Qalatsaray”la oyun üçün MÜHÜM QƏRAR verildi – Xəbəriniz olsun!

26 Mart 2023 16:00 Qarabağ 1 677
“Qalatsaray”la oyun üçün MÜHÜM QƏRAR verildi – Xəbəriniz olsun!

Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” oyunu ilə bağlı qərar qəbul olunub.

Belə ki, matç saatında stadiona plastik su şüşələrinin keçirilməsinə icazə veriləcək.

Beynəlxalq standartlarda, bu, qadağan olunsa da, matçın xeyriyyə xarakteri daşıması və Ramazan ayının olması klub və stadion rəhbərliyini fərqli addım atmağa çağırıb.

Odur ki, axşamkı qardaşlıq-yoldaşlıq görüşündə ölkənin bir nömrəli arenasının yolunu tutanlar özləri ilə 0.5 litrə qədər plastik qablarda su gətirə biləcək.

Qeyd edək ki, oyun martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda