"Qalatasaray"la matçdan öncə dedi ki: "Məcburiyyətdən belədir"

25 Mart 2023 17:20 Qarabağ 364
"Qalatasaray"la matçdan öncə dedi ki: "Məcburiyyətdən belədir"

"Qarabağ" sabah xeyriyyə oyununda "Qalatasaray"la üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev matçdan öncə təşkil olunan brifinqdə jurnalistlərə açıqlama verib:

- Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Matçın mahiyyətini hər kəs bilir. Xüsusi qeyd etməli bir şey yoxdur. Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ", həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər kəsi oyuna dəvət edirəm. Hər iki komanda üçün dəstək lazımdır. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq.

- Maraqlı heyətlə cıxacaqsız oyuna. Çətin olmayacaq?

- Xeyr, çətin deyil. Heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Məcburiyyətdən belədir. Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq, Türkiyənin ən yaxşı komandası olan "Qalatasaray"a qarşı "Qarabağ"ın adı üçün oynayacağıq.

Digər Xəbərlər
Xəbər Lenti