
“Qalatasaray” ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın oyundan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda Qurban Qurbanovun brifinqi keçiriləcək.
Saat 17:00-da isə "Qarabağ"ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.