Qurban Qurbanovun “Qalatasaray” PLANINDA NƏ VAR?

19 Mart 21:20 Qarabağ 2 478
Qurban Qurbanovun “Qalatasaray” PLANINDA NƏ VAR?

“Qarabağ”ın “Qalatasaray”la oyun üçün hazırlıq planı məlum olub.

Martın 15-də “Kapital Bank Arena”da “Sumqayıt”ın qapısından 6 cavabsız top keçirən “köhlən atlar” ertəsi istirahətə buraxılıb.

Baş məşqçi Qurban Qurbanov yetirmələrinə 3 gün dincəlmək imkanı yaradıb. Bu isə o deməkdir ki, “Qarabağ” martın 19-da “Azersun Arena”da bir araya gələcək.

Milli komandalara dəvət alan və zədəsini sağaltmaqla məşğul olan futbolçulardan başqa, hamı bugündən etibarən Qurbanovun sərəncamında olacaq.

Hətta fürsətdən istifadə edib Bakıdan kənara çıxanlar belə, bazar günündən etibarən məşqlərə qoşulacaq.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasındakı qardaşlıq matçı martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti