Avropa klubu “Qarabağ”a 100 min avro ödəyəcək - Bu şərtə görə

2 Fevral 2023 21:00 Qarabağ 2 673
Avropa klubu “Qarabağ”a 100 min avro ödəyəcək - Bu şərtə görə

"Qarabağ"dan "Ferentsvaroş"a transfer olunan Kvabena Ovusu Macarıstan çempionatında keçirdiyi ilk oyununda qol vurub.

Qanalı forvard IV turdan təxirə salınmış "Paks"a qarşı keçirilən səfər görüşündə komandasının ilk qoluna imza atıb.

65-ci dəqiqədə meydana daxil olan Ovusu 72-ci dəqiqədə hesabı bərabərləşdirən qolu vurub. Matç isə "Ferentsvaroş"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yanvarın 31-də Budapeşt klubu ilə 2 illik müqavilə bağlayan afrikalınin bu performansı “Qarabağ”ı sevindirməyə bilməz.

Sabiq hücumçusu mövsümün qalan rəsmi oyunlarının 50 faizində meydana çıxarsa, "Ferentsvaroş"dan 100 min avro əlavə bonus alacaq.

Bu şərt iki klub arasında bağlanmış müqavilədə öz əksini tapıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti