"Qarabağ"ın sabiq qapıçısı Ronaldonun komandasında?

24 Yanvar 2023 00:30 Qarabağ 1 344
"Qarabağ"ın sabiq qapıçısı Ronaldonun komandasında?

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" 36 yaşlı qolkiper üçün "Everton"a təklif göndərib.

Premyer Liqa klubu oyunçusunu buraxmaq istəməyib. "Əl-Nəsr" yaxın günlərdə Bosniya və Herseqovinadan olan qapıçı ilə bağlı yenidən müraciət edəcək.

Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti