Görün və qiymət verin, “Qarabağ” kimi bəyənib! - VİDEOLAR

23 Yanvar 2023 16:40 Qarabağ 4 195
Görün və qiymət verin, “Qarabağ” kimi bəyənib! - VİDEOLAR

Adama Diakabi ilə müqavilə bağlayan “Qarabağ” növbəti transferini təqdim etməyə hazırlaşır.

Albaniyalı vinger Redon Cica ilə anlaşma şərtlərində müzakirə aparan Ağdam təmsilçisi 24 yaşlı futbolçu ilə razılıq əldə edib.

Son anda ortaya əngəl çıxmasa, “köhlən atlar” Cica xəbərini bu gün-sabah ictimaiyyətə çatdıracaq.

Ötən ildən Albaniya millisinə də dəvət alan Redon ölkəsində son illərin ən perspektivli oyunçularından hesab olunur. Əsas cinah yarımmüdafiəçisi kimi şans qazanır ki, sürəti, texnikası, dəqiq zərbələri və fiziki hazırlığı üstün tərəflərindəndir.

Kadi Borgesin “Krasnodar”a satılmasından sonra Redon Diakabi ilə birlikdə yarımmüdafiənin sağındakı boşluğu doldura bilər. Üstəlik, əks cinahda Abdullah Zubirlə rəqabət yaradacaq.

Peşəkar karyerasına “Laçi”də başlayıb, 2021-ci ildən bu yana “Tirana”nın uğurları üçün tərk tökən səbəbkar cari mövsümdə bu komandanın heyətində bütün yarışlarda 21 dəfə şans qazanmaqla rəqib qapılarından 14 top keçirib.

Cicanın hansı futbolçu keyfiyyətlərinə sahib olduğunu bilmək istəyənlər aşağıdakı videolara baxa bilər.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!