Kadi martda milliyə çağırılacaq – SON DƏQİQƏ

30 Noyabr 2022 16:00 Qarabağ 1 954
Kadi martda milliyə çağırılacaq – SON DƏQİQƏ

«Qarabağ»ın braziliyalı legioneri Kadi Borges AVRO-2024-ün seçmə mərhələ oyunlarında iştirak edə bilər.

Polyak kökənli yarımmüdafiəçi ilə Polşa Futbol Federasiyasının nümayəndələri arasında gedən danışıqlarda bununla bağlı söhbət keçib.

Azərbaycanda ikinci mövsümünü keçirən vinger tezliklə tarixi vətəninin əsas komandasının formasını geyinməyi arzuladığını bildirib.

Redaksiyamıza daxil olan məlumata görə, Polşa Futbol Federasiyası Kadiylə bağlı artıq FİFA-ya sənəd və sorğu göndərib.

Burada onun milli mənsubiyyəti ilə əlaqəli faktlar göstərilib və Polşa yığmasında oynamasına icazə verilməsi istənilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!