İspan "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

4 Oktyabr 2022 13:20 Qarabağ 633
İspan "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

"Olimpiakos"un Yunanıstanda "Qarabağ"a qarşı Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hücum xəttində oynatmaq istədiyi futbolçu bəlli olub.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales start heyətdə yarımmüdafiəçi Pep Bielə şans vermək niyyətindədir.

59 yaşlı mütəxəssis ispaniyalı oyunçunu "yalançı 9 nömrə" mövqeyində meydana buraxmağı planlaşdırır.

Zədəli hücumçulardan Yussef Əl-Arabi matçı buraxacaq, Hvan Uy Conun durumu isə hələllik bəlli deyil.

Digər forvard Sedrik Bakambu avrokubok qarşılaşmaları üçün sifariş olunmayıb. İspaniyalı baş məşqçi ön xətdə çıxış edən Abubakar Kamaranın oyunundan isə razı deyil.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti