"Qarabağ"a məğlubiyyət hələ də boğazımda düyünlənib"

26 Sentyabr 2022 14:20 Qarabağ 454
"Qarabağ"a məğlubiyyət hələ də boğazımda düyünlənib"

"Qarabağ"la görüşdəki məğlubiyyət hələ də boğazımda düyünlənib".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın futbolçusu Dennis Appia Bakıda Azərbaycan təmsilçisinə 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin II tur oyunu barədə klubun rəsmi saytına müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi avrokubok görüşlərinin mürəkkəb olduğunu bildirib:

"Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq.

İlk turda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq".

Appia Almaniya "Frayburq"u ilə qarşıdakı iki matç və çempionatdakı qarşılaşmalar barədə düşündüyünü sözlərinə əlavə edib.

"Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti