“Qurban Qurbanov neyləsin, onları döyə-döyə qabağına salıb, bura gətirsin?”

23 Sentyabr 2022 21:00 Qarabağ 3 875
“Qurban Qurbanov neyləsin, onları döyə-döyə qabağına salıb, bura gətirsin?”

“Qurban Qurbanov transfer xatirinə transfer etmək, elə-belə futbolçu gətirmək istəmir”.

Bu fikirlər ”Sportinfo TV”də yayımlanan “Futbol söhbəti” verilişinin aparıcısı Elçin Cəfərova məxsusdur.

Saytımızın “yutub” kanalında izləyicilərlə canlı bağlantı quran tanınmış telejurnalist Ağdam klubunun transfer çalışmalarını dəyərləndirib.

O, “köhlən atlar”ın baş məşqçisinin bu kimi mövzulara hədsiz dərəcədə həssas yanaşdığını bildirib:

“İbrahima Vadji “Sent-Etyen”ə satılandan sonar hamı gözləyirdi ki, “Qarabağ” transfer edəcək. Elə Qurban Qurbanov da bunu çox istədi.

Danışıqlar aparılan legionerlərin heç birini bura gətirmək mümkün olmadı.

Bəzən deyirlər ki, necə olur, filan-filan klublar xaricdən futbolçu transfer edə bilir, ancaq daim avrokubokların qrup mərhələsində çıxış edən “Qarabağ“ hər dəfə problemlə üzləşir?

Əvvəla, gəlin, baxaq – Qurbanov başqa klubların gətirdiyi legionerləri öz sərəncamında görmək istəyirmi? Və ya başqa klublarla müqavilə bağlayan o futbolçulardan neçəsi “Qarabağ”da oynamaq gücündədir?

Qurban Qurbanov istəyir ki, gətirəcəyi legionerlər səviyyəsi ilə buradakılardan seçilsin. Təəssüf ki, onların da əksəriyyəti müxtəlif səbəblərdən Azərbaycana gəlmək istəmir.

Qurbanov neyləsin, onları döyə-döyə qabağına salıb, bura gətirsin? Gəlmirlər də, məcbur deyil ki…”.

Digər Xəbərlər
Xəbər Lenti