"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la cavab oyununu da çıxmayacaq

8 Avqust 2022 09:50 Qarabağ 546
"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la cavab oyununu da çıxmayacaq

"Qarabağ"ın kapitanı Maksim Medvedev Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərə yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis Medvedevin belindəki ağrılara görə matçda iştirak etməyəcəyini söyləyib. O, Türkiyəyə müalicəyə göndərilib. 33 yaşlı müdafiəçi Bakıdakı ilk qarşılaşmanı da buraxıb.

Avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da