"Qarabağ"dan Rumıniya klubuna… VİDEO+FOTOREPORTAJ

26 İyun 2022 00:30 Qarabağ 963
"Qarabağ"dan Rumıniya klubuna… VİDEO+FOTOREPORTAJ

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, rəqib Rumıniya "Botoşani"si olub.

Kössen stadionunda təşkil olunan qarşılaşma "köhlən atlar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində qolları 11-ci dəqiqədə Kadi Borges, 15-ci dəqiqədə Marko Veşoviç, 40-cı və 58-ci dəqiqələrdə isə İbrahima Vadji vurub.

Növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.

"Qarabağ" - "Botoşani" (Rumıniya) - 4:0

Qollar: Kadi Borges, 11, Marko Veşoviç, 15, İbrahima Vadji, 40; 58

Kössen stadionu

Digər Xəbərlər
Xəbər Lenti