“Qarabağ” pley-offda iştirak edəcək 8 komanda sırasına yüksəlsə...

17 May 2022 19:20 Qarabağ 2 069
“Qarabağ” pley-offda iştirak edəcək 8 komanda sırasına yüksəlsə...

“Qarabağ” Çempionlar Liqasının bütün təsnifat mərhələlərində səpələnmişlər sırasında ola bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin UEFA əmsalının yüksək olmasıdır.

Qurban Qurbanovun yetirmələrinin aktivində 25,000 xal var. Bu, Çempionlar Liqasının təsnifat mərhələlərində iştirakı dəqiqləşən komandalar arasında 4-cü göstəricidir.

Yalnız Zaqreb “Dinamo”su (49,500), “Olimpiakos” (41,000) və Plzen “Viktoriya”sı (31,000) daha yüksək əmsala malikdir. Bu komandaların üçü də II təsnifat mərhələsindən başlayacaq.

“Qarabağ” ilk raundun ən reytinqlisi, ikinci mərhələnin 4-cü komandası kimi püşkatmada səpələnmiş olacaq. III təsnifat mərhələsində hələ adı bilinməyən Serbiya çempionu daha yüksək reytinqli ola bilər. Lakin ağdamlılar ən pis halda 5-ci komanda kimi bu raundda da səpələnəcək.

İlk üç raundda səpələnəcəyi dəqiqləşən “Qarabağ” pley-offda iştirak edəcək 8 komanda sırasına yüksəlsə, yenə güclülər sırasında ola bilər.

Çünki yalnız üç komandadan geri qalan təmsilçimiz hələlik 4-cüdür və bu da səpələnmiş olmaq üçün yetərlidir.

Lakin Serbiya və Danimarkada reytinqli klublar çempion olsa, Azərbaycan klubu bu 5 komandadan geri düşəcək. Belə olan halda isə reytinqlilərdən hansılarınınsa büdrəməsi lazım gələcək.

"“Qarabağ” tarixində ikinci dəfə Çempionlar Liqasının qrupuna düşsə, sonuncu – IV səbətdə yer alacaq (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti