Qurban Qurbanovun əlinə düşmək - Hər cavana nəsib olmur

17 May 2022 16:00 Qarabağ 767
Qurban Qurbanovun əlinə düşmək - Hər cavana nəsib olmur

Qurban Qurbanov «Qarabağ»ı yavaş-yavaş bir neçə il sonraya hazırlayır.

O, əsas komandanın məşqlərinə cəlb etdiyi gənclərin hər birini sabahkı gün üçün fikirləşir. Üç-dörd belə cavan var, böyük potensial vəd edir.

Ötən ilə kimi Toral Bayramovu tanıyan var idi? Qurbanov «Xəzər Lənkəran»ın yetirməsinə şans verdi, ehtiyat etmədi, o da əsas heyətə düşmək uğrunda rəqabətdə duruş gətirdi.

Məşqçinin işi belədir: hansısa gəncdə perspektiv görürsə, riskdən çəkinməməli, inanmalı və arxasında dayanmalıdır.

Day Samir Abasov yox ey! Dünən tərifləyir, səhəri gün pisləyir. Adamın ağzı söyüşlə açılır.

Ötən illər ərzində Qurban qurbanovun əlinin altından xeyli cavan gəlib keçib. Kim olur olsun, nə səhv edir etsin, bir dəfə görmədim ki, onlarla başqa cür davransın, acılasın, aşağılasın.

Təcrübəsi və tərbiyəsi böyüklüyünü tamamlayır.

Həftəsonu Premyer Liqada XXVII turun oyunları keçirildi. "Qarabağ" Bayılda "Səbail"i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğratdı - 3:0.

Qonaqların heyətində 3 futbolçu - Rauf Hüseynli, Zamiq Əliyev və Nihad Quliyev debüt etdi. Rauf bu oyunda ilk qolunu vurub və ötürmənin müəllifi Nihad Quliyev olub.

İki gündür sosial şəbəkələrdə bu üçlük barədə bir neçə statusa, şərhə rast gəlmişəm. Tərifləyəni də var, sabahına inanmayanları da. Mən onu deyə bilərəm ki, gələcəkləri bu cavanların öz əlindədir. T

ale üzlərinə gülüb, istedadları onları «Qarabağ»a gətirib çıxarıb, Qurban Qurbanov kimi as məşqçinin əlinə düşüblər. Bu bəxtəvərlik hər cavana nəsib olmur ey! Dəyərini bilsinlər, arxayınlaşmasınlar.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti