Qurban Qurbanov razılaşmadı, “Qarabağ” təklifləri qəbul etmədi

28 Yanvar 2022 21:20 Qarabağ 2 981
Qurban Qurbanov razılaşmadı, “Qarabağ” təklifləri qəbul etmədi

“Qarabağ” İbrahima Vadjiyə görə aldığı yeni təklifləri geri çevirib.

Ağdam klubu seneqallı hücumçunun satmaqdan və icarəyə verməkdən intina edib.

Baş məşqçi Qurban Qurbanov bu məsələni mövsümün sonuna saxlayıb.

Təcrübəli mütəxəssis ötən ilin yayında müqaviləyə imza atmış afrikalı forvardın hələ ona lazım olması barədə klub rəhbərliyini məlumatlandırıb.

Türkiyə mətbuatının yaydığı xəbərəa görə, Vadjinin yenidən bu ölkədə çıxış etmək variantı yaranıb – seneqallı “Kocaelispor”un transfer gündəmindədir.

TFF I Liqa təmsilçisi qış fasiləsində bir neçə oyunçu almağı planlaşdırır ki, Vadji də onlardan biridir.

Bildirilib ki, “Qarabağ”ın mövsümün əvvəlində “Heqesunn”dan 600 min avroya transfer etdiyi hücumçu hazırda Azərbaycan klubunda xoşbəxt deyil.

Düşərgədə 4 hücumçunun olması onu narahat edir və Vadji komandasını dəyişmək niyyətindədir.

2016/17 mövsümündə Türkiyədə “Qaziantep”in formasını geyinən İbrahima Vadjinin “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 5 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti