“Qarabağ”dan 2 nəfər haqda bir AÇIQLAMA: “Yaxın vaxtlarda dönüşü inandırıcı deyil”

28 Yanvar 2022 16:40 Qarabağ 2 891
“Qarabağ”dan 2 nəfər haqda bir AÇIQLAMA: “Yaxın vaxtlarda dönüşü inandırıcı deyil”

“Qarabağ”ın zədəliləri zamanla sıraya qayıtmaqdadır.

Bədavi Hüseynovla Emil Balayev Antalya toplanışında kollektiv çalışmalarda iştirak etməklə Qurban Qurbanovun üzünü güldürməyi bacardılar.

Hazırda əsas komandanın iki aparıcı futbolçusu – sentyabrda ağır zədələnən Xayme Romero ilə dekabrda xəsarət alan Şahruddin Məhəmmədəliyev kollektivdən kənarda qalıb.

Ağdamlıları qarşıda 3 cəbhədə - Avropa Konfrans Liqası, Azərbaycan Premyer Liqası, Azərbaycan Kubokunda ağır mübarizə gözlədiyindən, həmin futbolçuların dönüşü vacibdir.

Məsələni diqqət mərkəzində saxladığımızdan, Romero ilə Məhəmmədəliyevin son durumuna aydınlıq gətirmək istədik.

Klubun mətbuat katibi Gündüz Abbaszadə Sportinfo.az-a açıqlamasında bunları dedi:

“Şahruddin hələ ki, kollektiv çalışmalarda iştirak etmir. Hazırda fiziki təmrinlər üzərində çalışır.

Qolundakı zədəyə görə qapıçılar üçün nəzərdə tutulan məşqlərdə çalışması bu gün üçün mümkün deyil. Yaşıl meydanlara dönüşü üçün bir müddət gözləməliyik.

Xayme isə İspaniyada müalicəsini davam etdirir. Onun da yaxın vaxtlarda dönüşü inandırıcı deyil”.

“Qarabağ” qış fasiləsindən sonra ilk matçını fevralın ilk günündə “Keşlə”yə qarşı keçirəcək. Komandalar Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı