Qurban Qurbanov: "Bizi buna məcbur etdilər" - VİDEO

22 Yanvar 2022 09:20 Qarabağ 2 668
Qurban Qurbanov: "Bizi buna məcbur etdilər" - VİDEO

"Bu, futbolçuların yüklənməsinin sonuncu günü idi".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Serbiya "Baçka Topola"sına 0:1, Polşa "Şlyonsk"inə 2:3 hesabı ilə uduzduqları yoxlama oyunlarından sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

50 yaşlı mütəxəssis futbolçuların əvvəlki günlərdə çox yükləndiklərini bildirib:

"Yaxşı rəqiblərə qarşı oynadıq. Hər iki matçda hiss olunurdu ki, rəqiblər fiziki olaraq bizdən daha hazırlıqlıdır.

Oyunçular iki görüşdə 90 dəqiqə dinamik futbol oynadılar. Rəqiblər bizi buna məcbur etdi. Razı qaldığım məqam bəzi futbolçuların 90 dəqiqə meydanda olması idi.

Oyunda sürət də yüksək oldu. Qarşılaşmadan sonra fiziki göstəricilərə baxdıq, bəzilərində maksimal sürət çox yuxarı idi.

Buna dözdülər. Mən də bundan razı qaldım. Futbolçular qarşıdakı iki gündə yaxşı istirahət edəcəklər və bərpa məşqləri olacaq.

Son yoxlama görüşümüzdə daha yaxşı formada olacağımıza inanıram".

Digər Xəbərlər
Xəbər Lenti