“Qarabağ”ın yeni transferi İLK AÇIQLAMANI “Sportinfo”ya verdi: "Evimdəki qədər rahatam"

17 Yanvar 2022 16:00 Qarabağ 2 985
“Qarabağ”ın yeni transferi İLK AÇIQLAMANI “Sportinfo”ya verdi: "Evimdəki qədər rahatam"

“Qarabağ”a qoşulduğum ilk dəqiqələrdən təəssüratlarım müsbətdir. Keçirdiyim hissləri sözlə ifadə etmək çətindir”.

“Qarabağ”ın yeni transferi Leandro Andrade bir neçə gün əvvəl müqavilə bağladığı yeni komandasına keçidi haqda Sportinfo.az-a açıqlama verib.

Azərbaycan mətbuatında ilk olaraq saytımıza danışan portuqaliyalı yarımmüdafiəçi özünə qarşı münasibətdən heyranlığını bildirib:

“Məşqçilər heyəti, futbolçu yoldaşlarım, klubda çalışan insanlar, bir sözlə, hər kəs mənə isti münasibət göstərməkdədir.

Ona görə də qətiyyən özümü burada yeni gəlmiş kimi hiss etmirəm. Evimdəki qədər rahatam. O dərəcədə möhtəşəm hisslərə sahibəm bu dəqiqə.

Sağlıq olsun, ən qısa zamanda komandaya uyğunlaşıb, bacardığımın ən yaxşısını etmək istəyirəm”.

22 yaşlı Leandro Andrade karyerasını vətəni Portuqaliyada başlayıb ki, burada “Olhanense” ilə “Fatima”nın şərəfini qoruyub.

Son 2 mövsümdə isə Bolqarıstan “Çerno More”sinin uğurları üçün tər töküb. O, bu komandada 45 oyunda 2 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti