"Hesab bizi aldatmasın" - Qurban Qurbanov

4 Dekabr 2021 20:50 Qarabağ 736
"Hesab bizi aldatmasın" - Qurban Qurbanov

"Futbolçularımızı vacib qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi qəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularımda yorğunluq var idi. Çox layiqli qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"a 5:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, İbrahima Vadjini oyunun gedişatına görə meydana buraxıb: "Rəqibdə qapanma olsaydı, Musa Qurbanlını bəlkə də meydana buraxardım".

O, komandanın zədəli futbolçusu Kevin Medinanın durumuna da aydınlıq gətirib: "Medina ötən gün məşqin sonunda əzələsində ağrı hiss etdi. Bu gün MRT müayinəsindən keçdi. əzələsində qanama var idi. Qarşıdakı iki gündə vəziyyətinə baxacağıq. Oynama ehtimalı 50/50-dir".

Qurbanov hakimliklə bağlı başlarına çox iş gəldiyini söyləyib: "Kimə deyirsən, "hakim də insandır, o da səhv edə bilər" deyir. Hakimliyi hazırda fikirləşirik. Elə oyunlar olub ki, hakim səhvlərinə rəğmən qalib gəlmişik. Amma hakim ciddi amildir. Bir səhvlə bütün əziyyəti yerə vura bilərsən. Çox olub ki, görəsən, bilə-bilə ediblər deyə fikirləşmişik. Bizim də lehimizə səhvlər olub. Amma "Bazel" kimi rəqiblərlə oyunlarda hakimlik vacib amildir. Amma səfərə ən yaxşı oyunlarımızdan birini göstərməyə, rəqibdən çəkinmədən çıxış etməyə gedirik. Elə çıxmasın ki, biz növbəti mərhələni təmin etmişik, ona görə arxayın oynayacağıq".

Baş məşqçi çempionluğun yarısının təmin olunduğunu əsla düşünmədiyini vurğulayıb: "Komadamda da belə düşüncə yoxdur. Qarşıdakı matçlara daha ciddi hazırlaşmalıyıq.

Digər Xəbərlər
Xəbər Lenti