5 ay, 11 ay, 3 il əvvəl  - “Qarabağ” haqda bunları bilirdinizmi?

26 Oktyabr 2021 17:40 Qarabağ 1 375
5 ay, 11 ay, 3 il əvvəl  - “Qarabağ” haqda bunları bilirdinizmi?

Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qarabağ” sürpriz şəkildə “Səbail”ə məğlub oldu – 1:3.

“ASCO Arena”dakı bu yenilgi sayəsində ağdamlıların cari mövsümdə 9-u avrokuboklarda, 7-si ölkə çempionatında olmaqla 16 oyunluq məğlubiyyətsiz oyunlar seriyasına son qoyuldu.

Qurban Qurbanovun yetirmələri rəsmi görüşlərdə sonuncu dəfə 2020-21 mövsümünün 28-ci turunda, başqa cür desək, 5 ay əvvəl, mayın 19-da “Neftçi”yə boyun əymişdi.

“Köhlən atlar” cari mövsümdə nəinki uduzmamışdı, hətta qapısından 1-dən artıq top buraxmamışdı.

“Qarabağ”ı sonuncu dəfə oyuna 3 dəfə mərkəzdən başlamağa “Sivasspor” məcbur etmişdi. Bu, ötən ilin noyabrına təsadüf etmişdi.

11 ay əvvəl Avroliqanın qrup mərhələsinin dördüncü turu çərçivəsində İstanbulda baş tutan qarşılaşmada Türkiyə təmsilçisi 3:2 hesabı ilə qələbə qazanmışdı.

Ölkə çempionatında ağdamlıların qapısına 3 top vurulan oyun isə nə az, nə çox, düz 3 il əvvələ təsadüf edir.

2018-19 mövsümünün 9-cu turunda “Neftçi” əzəli rəqibini məhz indiki hesabla – 3:1 məğlub etmişdi. Bu, həmin ilin oktyabrın 28-də baş vermişdi.

Bir sözlə, “Səbail” qazandığı qələbə ilə “köhlən atlar”ın bütün uğurlu sindromlarını qırmağı bacardı.

HƏBİB / Sportinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"