Premyer Liqada belə-belə işlər… VİDEO+FOTOREPORTAJ

26 Oktyabr 2021 09:00 Qarabağ 339
Premyer Liqada belə-belə işlər… VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Səbail"in qonağı olub.

"ASCO Arena"dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "dənizçilər"i önə keçirib. 10 dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb.

65-ci dəqiqədə qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb.

Matçda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxa əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən əla qolla yekun hesabı müəyyənləşdirib.

Bu, "Qarabağ"ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin "köhlən atlar"ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu nəticədən sonra "Qarabağ" 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran "Səbail" isə 5-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti