Azərbaycan "Qarabağ"ın sayəsində 2 pillə irəli getdi

22 Oktyabr 2021 01:20 Qarabağ 1 387
Azərbaycan "Qarabağ"ın sayəsində 2 pillə irəli getdi

Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.

Sportinfo.az xəbər verir ki, bu, "Qarabağ"ın Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub.

Beləliklə, ölkənin aktivinə daha 0,500 xal gəlib və ümumi xal sayı 16,000-a qalxıb.

Beləliklə, 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub. Polşanın "Legiya" komandası Avropa Liqasının III turunda İtaliyada "Napoli"yə 0:3, Macarıstan "Ferentsvaroş"u Şotlandiyada "Seltik"ə 0:2 hesabı ilə uduzub.

Qazaxıstan isə 15,500 xalla 29-cu pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"